×
A
A
A
Sazlamalar

Gəncədə yeni salınan 83 küçəyə ad verilib

Gəncə, 15 yanvar, Rauf Hacıyev, AZƏRTAC

Gəncədə yeni salınan 83 küçəyə ad verilib. Yaxın vaxtlarda isə həmin küçələrdə ünvan lövhələrinin vurulmasına başlanılacaq.
Bu barədə Gəncə Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə məlumat verilib.
Bildirilib ki, yeni salınan küçələrdə Gəncə Telekommunikasiya İdarəsi tərəfindən telefon xətlərinin çəkilişi ilə bağlı işlənmiş layihə də artıq hazırdır.
Bununla yanaşı, hazırda şəhərin bir sıra qəsəbə və ara yollarında asfaltlanma işləri həyata keçirilir.

 

Regionlar 2019-01-15 15:18:00