×
A
A
A
Sazlamalar

Ağdam rayonunda ailə, qadın və uşaq məsələləri ilə bağlı vətəndaşların qəbulu keçiriləcək

Bakı, 15 yanvar, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri tərəfindən vətəndaşların qəbulu davam edir.
AZƏRTAC xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova yanvarın 24-də saat 11:00-da Ağdam rayonundakı Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcək.
Qəbulda Tərtər, Ağcabədi, Laçın, Beyləqan, Xocavənd, Bərdə, Ağdam rayonlarının sakinləri qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı iştirak edəcəklər.
Vətəndaşların ərizə, təklif və tövsiyələrinə baxılması nəzərdə tutulur. Qəbuldan sonra rayonun fəal qadınları ilə görüşün keçirilməsi də planlaşdırılır.
Görüşdə Ağdam rayonunda qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular ətrafında müzakirələr aparılacaq.

Cəmiyyət 2019-01-15 14:59:00