×
A
A
A
Sazlamalar

Vətəndaşdan hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakı, 15 yanvar, AZƏRTAC

Yanvarın 14-də Bakı Şəhər Baş Polis İdarəsinin metropolitendə polis şöbəsinə müraciət edən paytaxt sakini həmin gün saat 16 radələrində metronun “Elmlər Akademiyası” stansiyasında bir nəfərin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək pul tələb etdiyini bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən Şəmkir rayon sakini A.İmanov qısa müddətdə müəyyənləşdirilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-01-15 14:49:00