×
A
A
A
Sazlamalar

Ana və bala bəbirin görüntüləri qeydə alınıb VİDEO

Bakı, 15 yanvar, AZƏRTAC 

Naxçıvan Muxtar Respublikasındakı akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında ana və bala bəbirin foto və videogörüntüləri qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, fotolar nazirlik, IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun bəbirlərin populyasiyasının bərpası ilə bağlı keçirdikləri birgə layihə çərçivəsində quraşdırılmış fototələlər vasitəsilə ötən ilin oktyabr ayında əldə edilib.
Dəfələrlə qeydə alınan bəbir görüntüləri xüsusi mühafizə olunan təbiət ərazilərində heyvanat aləminin mühafizəsi tədbirlərinin gücləndirilməsindən, maarifləndirmə işlərinin aparılmasından, bəbirin qidalanması üçün bezoar keçisi, muflon kimi heyvan növlərinin sayının artmasına səbəb olan təhlükəsiz şəraitdən xəbər verir.

Ekologiya 2019-01-15 14:24:00

Video