×
A
A
A
Sazlamalar

Sabunçu rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb VİDEO

Bakı, 15 yanvar, AZƏRTAC

Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin ifşası istiqamətində tədbirləri qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, daxil olmuş məlumat əsasında Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Balaxanı qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan Müşfiq Novruzov saxlanılıb. Həmin şəxs 0,581 qram narkotik vasitə olan heroini şərti alıcıya 30 manata satmaq istəyən zaman polislər tərəfindən tutulub.
Əməliyyat tədbirlərinin davamı olaraq M.Novruzovdan əlavə satmaq məqsədilə əldə edib gizlətdiyi 1 kiloqram 710 qram heroin də aşkarlanaraq götürülüb. Saxlanılan şəxs ifadəsində bir müddətdir ki, narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı 12-ci polis şöbəsində toplanan materiallar araşdırılması üçün rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib.

Hadisə 2019-01-15 14:22:00

Video