×
A
A
A
Sazlamalar

Yığmalarımız yoxlama oyununda qarşılaşıblar

Bakı, 15 yanvar, AZƏRTAC

Yanvarın 15-də Bakı Olimpiya Stadionunun ehtiyat meydanında Avropa çempionatının elit-raund mərhələsinə hazırlaşan 19 yaşadək və 2001-2002-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığma komandaları arasında yoxlama oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, U-19-un 3:1 hesabı ilə qalib gəldiyi oyunda bu komandanın qollarını Kamran Quliyev, Musa Qurbanlı və İsmayıl Zülfüqarlı vurublar. Samir Əliyevin rəhbərlik etdiyi yığmanın heyətində isə Təbriz İsazadə fərqlənib.

İdman 2019-01-15 14:07:00