×
A
A
A
Sazlamalar

“Barselona” Kristian Stuanini transfer etmək istəyir

Bakı, 15 yanvar, AZƏRTAC
İspaniyanın “Barselona” klubu La Liqada bombardirlər siyahısında üçüncü yerdə qərarlaşan “Jirona”nın uruqvaylı hücumçusu Kristian Stuanini heyətinə qatmaq istəyir.
AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, katalonyalılar qış transfer pəncərəsində 32 yaşlı hücumçuya görə, 15 milyon avrodan keçməyə hazırdırlar. Klub rəhbərliyi bu transferlə “Sevilya”ya keçmiş Munir El Haddadinin boş qalan yerini doldurmaq fikrindədir.
Qeyd edək ki, Kristian Stuani 2017-ci ildə İngiltərənin “Midlsbro” klubundan 2,5 milyon avroya “Jirona”ya transfer olunub. Cari mövsüm uruqvaylı “Jirona”nın heyətində 17 oyuna 12 qol vurub. Hazırda Stuani Lionel Messi (17 qol) və Luis Suaresdən (14 qol) sonra İspaniya La Liqasının bombardirlər siyahında üçüncü yerdə qərarlaşıb.

 

İdman 2019-01-15 13:57:00