×
A
A
A
Sazlamalar

Bakıda V Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçiriləcək

Bakı, 15 yanvar, AZƏRTAC

Yanvarın 26-27-də Bakıda V Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, konfransın əsas məqsədi arı xəstəliklərinin qarşısını almaq, arıçılıqda məhsuldarlığı artırmaq və arıçıların öz məhsullarını yerli və xarici bazara çıxarması yollarını araşdırmaqdır.
Konfransda Almaniya, Türkiyə, Rusiya, Ukrayna və Gürcüstandan olan elm adamları öz təcrübələrini yerli arıçılarla bölüşəcəklər.
Beynəlxalq tədbirdə müvafiq dövlət orqanlarının, ictimai birliklərin nümayəndələri və iş adamları iştirak edəcəklər.

İqtisadiyyat 2019-01-15 13:49:00