×
A
A
A
Sazlamalar

Gənclər dörd şəhər və rayonda ekoloji layihə həyata keçiricəklər

Gəncə, 15 yanvar, Rauf Hacıyev, AZƏRTAC

Azərbaycan Gənclər Fondunun 11-ci qrant müsabiqəsi çərçivəsində "Eko youth" layihəsi həyata keçiriləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihənin məqsədi Cəbrayıl, Tovuz, Goranboy rayonları və Gəncə şəhərində şagirdləri təlimlərə cəlb etmək, ekoloji aksiyalarda iştiraklarını təmin edərək onları ekoloji mövzuda ictimai vəkil olaraq yetişdirməkdir.
Layihə çərçivəsində 3 ay müddətində Cəbrayıl (ilk dəfə Cocuq Mərcanlı qəsəbəsində), Tovuz, Goranboy rayonlarında və Gəncə şəhərində yerləşən məktəblərdə 80 məktəbliyə (hər regionda 20 nəfər olmaqla) 3 saat müddətində ekologiya və onun qorunması, ekoloji hüququn əsasları və ictimai vəkillik, gənclərin ətraf mühitin qorunması və təmizlənməsində rolu mövzularında təlimlər keçiriləcək. Həmçinin “Yaşıl iməcilik” adı altında təmizlik aksiyası olacaq, yığılan tullantılardan müxtəlif növ əl işləri hazırlanacaq. Yekunda əl işlərinin sərgisi təşkil ediləcək.

 

Regionlar 2019-01-15 13:44:00