×
A
A
A
Sazlamalar

Ötən il sosial sığorta daxilolmalarında 11,8 faiz artım qeydə alınıb

Bakı, 15 yanvar, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan islahatların mühüm bir istiqaməti də sosial sığorta daxilolmaları sahəsində inzibatçılığın təkmilləşdirilməsinə, sosial sığorta haqlarının toplanması istiqamətində fəaliyyətin səmərəli və şəffaf təşkilinə yönəlib.
AZƏRTAC xəbər verir ki, görülən tədbirlərin nəticəsi kimi, 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2017-ci illə müqayisədə 279,3 milyon manat və ya 8,3 faiz artaraq 3678,3 milyon manata, o cümlədən sosial sığorta daxilolmaları 246,5 mılyon manat və ya 11,8 faiz artaraq 2332,2 milyon manata çatıb.
Qeyri-büdcə sektorundan sosial sığorta haqlarının toplanmasında da müsbət nəticə əldə edilib. Belə ki, qeyri-büdcə sektoru üzrə daxilolmalarda 152,4 milyon manat və ya 11,4 faiz artım qeydə alınıb və bu istiqamət üzrə proqnozun icrası 106,1 faiz (86 milyon manat və ya 6,1 faiz çox) yerinə yetirilib.
Fərdi uçot sistemində şəxsi hesabların sayı isə 170 min artaraq 3 milyon 736 min 551-ə çatıb.

Sosial 2019-01-15 12:51:00