×
A
A
A
Sazlamalar

Cəlilabadda qətl hadisəsi törətməkdə şübhəli bilinən şəxs istintaqa cəlb olunub

Bakı, 15 yanvar, AZƏRTAC

Cəlilabad rayonu ərazisində ağır cinayət törətməkdə şübhəli bilinən şəxs polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 13-də Cəlilabadda şəhər sakini Rəcəb Mirzəyevin küt alətlə döyülmə xarakterli xəsarətlə xəstəxanaya gətirilməsi, həkimlərin səyinə baxmayaraq, orada ölməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər həyata keçirilib, faktla əlaqədar cinayət işi başlanılıb.
Qətli törətməkdə şübhəli bilinən şəhər sakini Əziz Quliyev təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

 

Hadisə 2019-01-15 12:05:00