×
A
A
A
Sazlamalar

Aqrar Universitetdə “Azərbaycanda aqrar sığortanın tətbiqi: problemlər və imkanlar” mövzusunda konfrans keçiriləcək

Gəncə, 15 yanvar, Rauf Hacıyev, AZƏRTAC

Aqrar Universitetdə martın 15-də Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində nəzərdə tutulan aqrar sığortanın inkişaf etdirilməsi prioritetinin reallaşdırılması məqsədilə “Azərbaycanda aqrar sığortanın tətbiqi: problemlər və imkanlar” mövzusunda ümumrespublika elmi-praktiki konfrans keçiriləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransda aqrar iqtisadiyyatda müasir yeniliklər, kənd təsərrüfatında risk və qeyri-müəyyənliyin idarə olunması, Azərbaycanda bitkiçiliyin və heyvandarlığın inkişaf istiqamətləri, aqrar sığortada hidrometroloji proqnozlar, sığorta statistikası, elektron kənd təsərrüfatı informasiya sistemi – yeni imkanlar bölmələri üzrə aktual mövzulara həsr olunan məruzələr dinləniləcək.

Kənd təsərrüfatı 2019-01-15 12:01:00