×
A
A
A
Sazlamalar

Musiqi məktəbinin şagirdləri “Ümid 2019” incəsənət müsabiqəsində iştirak ediblər

Bakı, 15 yanvar, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin R.Hacıyev adına 15 nömrəli 11 illik musiqi məktəbi Azərbaycan Gənclər İttifaqının təşkilatçılığı ilə keçirilən “Ümid 2019” incəsənət müsabiqəsində iştirak edib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, müsabiqədə musiqi məktəbinin fortepiano şöbəsinin müəllimləri Fəridə Abbasova və Afət Quliyevanın şagirdləri Rüstəm Cəfərzadə, Hüseynağa Cəfərzadə, Fatimə Əhədli və Naidə Qasımova məharətlə çıxış ediblər.
Münsiflər heyətinin qərarına əsasən onlar müxtəlif nominasiyalar üzrə laureat adı qazanıblar.

Mədəniyyət 2019-01-15 11:46:00