×
A
A
A
Sazlamalar

Çin tarixdə ilk dəfə olaraq Ayda uğurlu bioloji eksperiment keçirib

Bakı, 15 yanvar, AZƏRTAC

AZƏRTAC “Arqumentı i faktı” nəşrinə istinadla xəbər verir ki, Çin Xalq Respublikasının “Çane-4” kosmik aparatı tarixdə ilk dəfə olaraq Ayda bioloji eksperimenti müvəffəqiyyətlə yerinə yetirib.
Çin Mərkəzi Televiziyasının məlumatına görə, eksperimentin keçirilməsi üçün aparılan pambıq çiyidi özünün ilk cücərtilərini verib. Yerə göndərilən fotolarda bitkinin sürətlə böyüyən zoğları əks olunub.
Analoji eksperimentin kartof, raps, həmçinin digər bitki və bioloji növlərlə aparılması planlaşdırılır. Təcrübələrin keçirilməsi üçün Aya torpaq, su və hava aparılıb.
Xatırladaq ki, “Çane-4” bu il yanvarın 3-də Ayın əks tərəfinə enib.

Elm və təhsil 2019-01-15 11:20:00