×
A
A
A
Sazlamalar

Paytaxtdakı bəzi avtobus dayanacaqlarının yerləri dəyişdirilib

Bakı, 15 yanvar, AZƏRTAC 

Paytaxtdakı bəzi ərazilərində avtobus dayanacaqlarının yerləri dəyişdirilib.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, yol kəsişmələrində və ya kəsişmələrə yaxın ərazilərdə quraşdırılmış avtobus dayanacaq pavilyonlarının yerlərinin dəyişdirilməsi işləri davam etdirilir. Bu işlər çərçivəsində Mərdanov Qardaşları küçəsi ilə A.Bakıxanov küçələrinin kəsişməsində yerləşən dayanacaq pavilyonu bir qədər geridə təşkil olunub. Nəticədə, yolda nəqliyyatın hərəkətinin buraxıcılıq qabiliyyəti artıb.
Belə ki, işıqforla nizamlanan Mərdanov Qardaşları küçəsi ilə A.Bakıxanov küçələrinin kəsişməsində daimi sağa yanan əlavə bölmə olmağına baxmayaraq, həmin ərazidə avtobus dayanacaq məntəqəsinin mövcud olması səbəbindən yolda sıxlıq müşahidə olunurdu.
Həmçinin, Cavadxan küçəsində (Zərifə Əliyeva adına göz klinikasının qarşısında) mövcud avtobus dayanacaq məntəqəsi işıqforla nizamlanan yol kəsişməsində təşkil olunduğu üçün həmin ərazidə avtobusların dayanması sərnişinlərin təhlükəsizliyini təmin etmədiyindən və hərəkət iştirakçılarına maneə yaratdığından avtobus dayanacaq məntəqəsi kəsişmədən irəlidə təşkil edilib.

Nəqliyyat 2019-01-15 11:13:00