×
A
A
A
Sazlamalar

Xırdalanda yeni park salınır

Xırdalan, 15 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC

Xırdalan şəhərində yeni park salınır. Sakinlərin istirahət məkanına çevriləcək park şəhər 1 nömrəli tam orta məktəb ilə üzbəüz 0,13 hektarlıq ərazidə yaradılır.
Abşeron Rayon İcra Hakimiyyətinin şəhərin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rafiq Yusubov AZƏRTAC–a bildirib ki, əvvəllər baxımsız vəziyyətdə olan ərazidə salınacaq parkda işlər qısa vaxtda başa çatdırılacaq. Parkda dekorativ ağac və kollar əkiləcək, yaşıllıqlar salınacaq, səkilərə tamet döşənəcək, söhbətgahlar yaradılacaq. Həmçinin xüsusi işıqlandırma sistemi və oturacaqlar quraşdırılacaq.

Regionlar 2019-01-15 11:06:00