×
A
A
A
Sazlamalar

Azərbaycanlı gənc tədqiqatçı Türkiyənin Trakya Universitetində təcrübə keçib

Bakı, 15 yanvar, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının Mikrobiologiya İnstitutunun elmi işçisı Gülnarə Həsənova Türkiyənin Trakya Universitetinin mikrobiologiya laboratoriyasında elmi ezamiyyətdə olub.
Mikrobiologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, azərbaycanlı gənc tədqiqatçı professor Ahmet Asanın rəhbərliyi altında bir ay müddətində təcrübə keçib. Məqsəd Türkiyənin mikrobiologiya sahəsində bu nüfuzlu elm mərkəzində aparılan elmi tədqiqatlarla bağlı qabaqcıl təcrübəni mənimsəmək və tətbiq etmək olub.
Gülnarə Həsənova təcrübə zamanı su, torpaq və bəzi qida maddələrindən mikroskopik göbələklərin ayrılması, laboratoriya şəraitində müqayisəli şəkildə müxtəlif qidalı mühitlərdə becərilməsi, preparatların hazırlanması, identifikasiya edilməsi və göbələk sporlarının saxlanılması üçün yeni metodları öyrənib. Eyni zamanda, gənc tədqiqatçı PCR üsulu ilə göbələklərin təyin olunması və müasir üsullarla aparılan digər tədqiqatlarla yaxından tanış olub.

Elm və təhsil 2019-01-15 10:49:00