×
A
A
A
Sazlamalar

Ötən il 431 şəxs barəsində 278 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib

Bakı, 15 yanvar, AZƏRTAC

Ötən il Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində 431 şəxs barəsində 278 cinayət işinin istintaqı tamamlanaraq, baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
AZƏRTAC xəbər verir ki, bu barədə yanvarın 15-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi və Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya tərəfindən ötən il korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı KİV və QHT nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında məlumat verilib.
Baş prokurorun müavini, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, həmin cinayət işlərindən 121 şəxs barəsində 68 iş mənimsəmə və israf etmə, 86 şəxs barəsində 55 iş dələduzluq, 33 şəxs barəsində 21 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 23 şəxs barəsində 13 iş rüşvət alma (passiv rüşvətxorluq), 46 şəxs barəsində 36 iş rüşvət vermə (aktiv rüşvətxorluq) və şəxsi rüşvət verməyə təhrik etmə, qalanları isə digər korrupsiya cinayətləri ilə bağlı olub.

Sosial 2019-01-15 10:48:00