×
A
A
A
Sazlamalar

Ağdaşda 5 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Bakı, 15 yanvar, AZƏRTAC

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkarlanaraq məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Ağdaş şəhər sakini Kamran Xandadaşov saxlanılıb. Aparılan araşdırmalarla onun narkotik vasitələri əldə etdiyi mənbə də aşkarlanıb. K.Xandadaşovun kibrit qutusundakı qurudulmuş marixuananı rayonun Pirəzə kənd sakini Ziya Əliyevdən aldığı müəyyən edilib.
Z.Əliyevin yaşadığı evə baxış keçirilərkən satış məqsədilə saxladığı 10 ədəd müxtəlif sellofan torbalarda ümumi çəkisi 4 kiloqram 935 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-01-15 10:17:00