×
A
A
A
Sazlamalar

YAP Masallı rayon təşkilatında qarşıda duran vəzifələr müzakirə olunub

Masallı, 15 yanvar, Bağır Əliyev, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı sıralarında 11 min 266 üzvü birləşdirir. Onların 3391-ni qadınlar, 3223-nü gənclər təşkil edir. Ötən il partiyanın sıralarına 252 nəfər qəbul olunub. Onlardan 111-i qadın, 167-si gənc olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə YAP Masallı rayon təşkilatında ötən ilin yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş tədbirdə məlumat verilib.
Toplantıda hesabat məruzəsi ilə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, Azərbaycan özünün inkişaf mərhələsinin yeni bir uğurlu ilini başa vurub. Qazanılan bütün müvəffəqiyyətlərdə ulu öndər Heydər Əliyevin müəllifi olduğu Yeni Azərbaycan Partiyası mühüm rol oynayıb.
Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının cəmiyyətin bütün sahələrini əhatə edən səmərəli fəaliyyətindən danışan Seyfəddin Əliyev deyib ki, YAP Azərbaycan siyasi sisteminin alternativsiz güc mərkəzidir. YAP-ın cəmiyyətə təqdim etdiyi dəyərlər, məqsədlər artıq siyasi ənənə kimi səciyyələndirə biləcəyimiz ideoloji tezislər vasitəsilə Azərbaycan xalqı tərəfindən mənimsənilib.
Diqqətə çatdırılıb ki, ötən il YAP Masallı rayon təşkilatı ərazi ilk partiya təşkilatlarının sayını artıraraq 106-ya çatdırıb.
Məruzə ətrafında çıxışlarda Bədəlan, “Dəfinə” liseyi, Türkoba ərazi ilk partiya təşkilatlarının sədrləri Arif Mehdiyev, Taleh Əkbərov, Leyla Əzizova və başqaları ölkəmizdə, eləcə də Masallı rayonunda gedən quruculuq və abadlıq işlərindən, Yeni Azərbaycan Partiyasının uğurlarından danışıblar.
Sonda partiyanın həyatında fəal iştirak edən bir qrup fəal üzv YAP Masallı rayon təşkilatının fəxri fərmanı və qiymətli hədiyyələri ilə mükafatlandırılıb. Tədbirdə, həmçinin partiya sıralarına yeni daxil olan gənclərə üzvlük vəsiqələri təqdim edilib.

Regionlar 2019-01-15 02:46:00