Bu il Qətərdə üç stadion istifadəyə veriləcək
Bakı, 15 yanvar, AZƏRTAC
2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə XXII dünya çempionatına hazırlıq prosesi çərçivəsində cari ildə bu ölkədə üç stadion istifadəyə veriləcək.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, “Əl-Vakra” və “Əl-Beyt” stadionlarının inşası artıq başa çatmaq üzrədir. Bu arenaların il ərzində açılışı olacaq. Bundan əlavə, paytaxt Dohada “Qatar Foundation Stadium” arenasının da tikintisi ilin sonuna qədər başa çatdırılacaq. Qırx beş min tamaşaçı tutumuna malik olacaq həmin stadion ən müasir texnologiyalarla təchiz ediləcək.
Qırx min tamaşaçı yerlik “Əl-Vakra” stadionu ənənəvi ərəb gəmisi üslubunda tikilib və körfəz dənizçilərinə həsr olunub. Əl-Xor şəhərindəki “Al-Beyt” arenası isə 60 min tamaşaçı yerlikdir və bədəvi çadırını xatırladır.
Qətərin qonaqpərvərliyini nümayiş etdirəcək “Əl-Rayyan” arenasının tamaşaçı tutumu 40 min nəfər olacaq. Həmin stadionun açılışı 2021-ci ilə nəzərdə tutulub.
Ümumilikdə, dünya çempionatı üçün səkkiz stadion tikiləcək və ya yenidən qurulacaq. Bundan əvvəl Dohada 40 min tamaşaçı tutumu olan “Xəlifə” arenası istifadəyə verilib.
XXII dünya çempionatının oyunları 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək yeddi şəhərdə - paytaxt Doha ilə yanaşı, Lusail, Əl-Vakr, Əl-Xore, Əl-Rayan, Ümm-Salal və Mədinət-əş-Şamalda keçiriləcək.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir