×
A
A
A
Sazlamalar

“Tata Steel Masters-2019”: Azərbaycan şahmatçıları üçüncü turda da heç-heçə ediblər

Bakı, 14 yanvar, AZƏRTAC 

Hollandiyanın Veyk-an-Zee şəhərində təşkil olunan şahmat üzrə ənənəvi “Tata Steel Masters-2019” turnirində yanvarın 14-də üçüncü turun oyunları keçirilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov bu turda da heç-heçə ediblər. Üç turun yekununda hər iki şahmatçımızın aktivində 1,5 xal var.
Üçüncü turun oyunları davam edir.

İdman 2019-01-14 20:36:00