×
A
A
A
Sazlamalar

Muzey milli geyimlərimizlə zənginləşir

Bakı, 14 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinə daha bir Azərbaycan milli qadın geyimi – küləcə daxil edilib.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, küləcə İrəvan bölgəsinə aid olan əl işidir, üzü qələmkar parçadan, astarı çitdəndir. Geyim XIX əsrin sonlarına aiddir. Eksponat Azərbaycan xanımlarının geyim mədəniyyətini, estetik zövqünü öyrənmək baxımından əhəmiyyətlidir.

Elm və təhsil 2019-01-14 19:44:00