×
A
A
A
Sazlamalar

“Gənc aktyorlar” dərnəyi tamaşa təqdim edib

Bakı, 14 yanvar, AZƏRTAC
Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Gənc aktyorlar” dərnəyinin rəhbəri Xanım İsmayılova görkəmli şair, yazıçı və dramaturq Abdulla Şaiqin “Danışan kukla” pyesini tamaşaya qoyub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirin əvvəlində A.Şaiqin həyat və yaradıcılığı haqqında videoçarx nümayiş olunub. Sonra gənc aktyorlar hazırladıqları tamaşanı nümayiş etdiriblər.
Tədbirdə Abdulla Şaiqin ev-muzeyinin direktoru və yazıçının nəvəsi Ülkər Talıbzadə, Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları və “ARB Günəş” televiziya kanalının əməkdaşları iştirak ediblər.

Elm və təhsil 2019-01-14 18:56:00