×
A
A
A
Sazlamalar

Buraxılış imtahanlarında tətbiq ediləcək modelə dair elmi-metodik seminar keçiriləcək

Bakı, 14 yanvar, AZƏRTAC 

Dövlət İmtahan Mərkəzi (DİM) yanvarın 19-da Şəki şəhərində fransız və alman dili fənləri üzrə buraxılış imtahanlarında tətbiq ediləcək modelə dair elmi-metodik seminar keçirəcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, saat 11:00-da Şəki şəhəri 5 nömrəli tam orta məktəbdə keçiriləcək seminarda qurumun şöbə müdiri Afiqə Batıyeva buraxılış imtahanlarının yeni qaydalarından danışacaq.
Seminarda Azərbaycan Dillər Universitetinin professoru, filologiya üzrə fəlsəfə doktoru Çəmən Babaxanova fransız dili fənni üzrə, həmin ali məktəbin dosenti Raya Həsənova isə alman dili fənni üzrə buraxılış imtahanının proqramları, tapşırıq nümunələri və qiymətləndirmə meyarları barədə məlumat verəcəklər.

Elm və təhsil 2019-01-14 18:46:00