×
A
A
A
Sazlamalar

Ötən il Bərdədə 12 min 490 ton şəkər çuğunduru istehsal edilib

Bərdə, 14 yanvar, AZƏRTAC

Keçən il 406 hektar sahədə şəkər çuğunduru becərən Bərdə rayonunun torpaq mülkiyyətçiləri 12 min 490,5 ton məhsul əldə ediblər.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hər hektarda orta məhsuldarlıq 307,6 sentner təşkil edib. Yığılan məhsul İmişli şəkər zavoduna təhvil verilib.
Qeyd edək ki, şəkər çuğunduru Bərdə rayon sakinlərinin becərdikləri əsas kənd təsərrüfatı bitkilərindəndir. Vacib texniki bitki hesab edilən şəkər çuğundurundan həm şəkər istehsalı üçün, həm də heyvandarlıqda yem kimi istifadə olunur.

Kənd təsərrüfatı 2019-01-14 18:06:00