×
A
A
A
Sazlamalar

Kollec müəllimləri üçün UNEC-də təlimlər: “Sahibkarlığın əsasları”

Bakı, 14 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən kolleclərin müəllimlərinə “Sahibkarlığın əsasları” mövzusunda təlimlər keçirilir.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, müəllimlərlə görüşən biznes və menecment fakültəsinin dekanı, dosent Mirağa Əhmədov universitetdə təlimlərin keçirilməsi üçün müvafiq şəraitin yaradıldığını diqqətə çatdırıb.
Qeyd olunub ki, beş gün davam edəcək təlimlərdə 37 kollecdən 50 müəllim iştirak edir. Onlara sahibkarlıq mühiti, kiçik və orta sahibkarlıq fəaliyyəti, innovasiya sahibkarlığı, sahibkarlıq fəaliyyətində risklər, vergiqoyma və bu istiqamətdə digər mövzular barədə məlumat verilir. Təlim iştirakçıları 4 saylı tədris binasında fəaliyyət göstərən kitabxana ilə yanaşı, 24/7 kitabxanasından da istifadə edə biləcək, eyni zamanda, zəruri materiallarla təmin olunacaqlar.

Elm və təhsil 2019-01-14 17:31:00