×
A
A
A
Sazlamalar

Sumqayıtdan Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə gedən yol birgünlük bağlanacaq

Bakı, 14 yanvar, AZƏRTAC
Sumqayıtdan H.Z.Tağıyev qəsəbəsinə gedən yolun üzərindən keçən dəmir yolu xətlərinin yenilənməsi və təmiri işləri ilə əlaqədar yanvarın 15-də sözügedən yolla hərəkət birgünlük məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, sürücülərə alternativ olaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Sumqayıt dairəvi hissəsindən istifadə etmələri tövsiyə olunur.

Regionlar 2019-01-14 17:18:00