×
A
A
A
Sazlamalar

“Unutsaq unudularıq” adlı rəsm sərgi açılacaq

Bakı, 14 yanvar, AZƏRTAC

Yanvarın 16-da Xətai Sənət Mərkəzində Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr olunmuş “Unutsaq unudularıq” adlı rəsm sərgisi açılacaq.
Xətai Sənət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, sərginin açılmasında məqsəd 20 Yanvar faciəsinin dəhşətlərini rəsm əsərləri vasitəsilə nümayiş etdirməkdir.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon ictimaiyyətinin təmsilçiləri də iştirak edəcək.

 

Mədəniyyət 2019-01-14 17:00:00