×
A
A
A
Sazlamalar

Mingəçevirdə “Beyin oyunları” layihəsinin icrasına başlanılıb

Bakı, 14 yanvar, AZƏRTAC

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə, Mingəçevir Gənclər evinin təşkilati dəstəyi ilə reallaşdırılan “Beyin oyunları” layihəsi çərçivəsində ilk intellektual yarış keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışda Mingəçevir və Ağdaş şəhərlərində yaşayan, təhsil alan məktəblilər, tələbələr və müəllimlər iştirak ediblər.
Layihə rəhbəri Vüsal Əliyev yarışın açılışında çıxış edərək gənclərin intellektual səviyyəsinin, bilik və məlumat bazasının möhkəmlənməsində, kollektiv oyunlara marağın artırılmasında, bilikli gənclərin yetişdirilməsində və dünyagörüşünün artırılmasında intellektual oyunların vacibliyini diqqətə çatdırıb.
“Nə? Harada? Nə zaman?” formatında keçirilən yarışda 10 komanda iştirak edib. Gənclərin böyük həvəslə iştirak etdikləri bilik yarışının qalibi “Panteon” komandası olub.
Layihə çərçivəsində “Xəmsə” və “Breyn-rinq” formatlarında da intellektual yarışların keçirilməsi nəzərdə tutulub. Layihənin Azərbaycanın digər regionlarında da icra edilməsi planlaşdırılır.

Sosial 2019-01-14 16:03:00