×
A
A
A
Sazlamalar

“SABAH” tələbələri xüsusi təqaüdə layiq görülüblər

Bakı, 14 yanvar, AZƏRTAC

Təhsil Nazirliyinin “SABAH” qruplarının Karyera Akademiyası çərçivəsində tərəfdaşı olan “GoldenPay” şirkəti “SABAH” tələbələri üçün xüsusi təqaüd ayırıb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, təqaüd informasiya texnologiyaları və iqtisadiyyat istiqamətli ixtisaslar üzrə təhsil alan III kurs tələbələri üçün nəzərdə tutulur. Müsabiqədə iştirak etmiş 49 tələbədən Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Əsgər Nağıyev və Azərbaycan Texniki Universitetinin tələbələri Emin Məhəmmədi və Samir Əliyev təqaüdə layiq görülüblər.
Qalib tələbələr 2018-2019-cu tədris ilinin sonunadək aylıq 150 manat məbləğində təqaüd alacaqlar.
Qeyd edək ki, müsabiqə Azərbaycanda ilk onlayn ödəmə xidməti olan Hesab.az platformasını yaratmış “GoldenPay” şirkətinin təşəbbüsü ilə təşkil edilib.

Elm və təhsil 2019-01-14 15:20:00