×
A
A
A
Sazlamalar

Bu il Füzulidə 40 tondan çox barama istehsalı proqnozlaşdırılır

Füzuli, 14 yanvar, AZƏRTAC

Prezident İlham Əliyevin ənənəvi və ixracyönümlü təsərrüfat sahəsi olan baramaçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqların icrası istiqamətində Füzuli rayonunda zəruri tədbirlər görülür.
Füzuli Rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafin təhlili və proqnozlaşdırılması şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, baramaçılıq 1970-1980-ci illərdə Füzuli rayonunda ən inkişaf etmiş və gəlirli sahələrdən olub. 1993-cü ildə rayonun işğal olunması ilə tənəzzülə uğrayan baramaçılıq 2016-cı ildə yenidən bərpa edilməyə başlanılıb. Həmin il rayonda 4 ton, 2017-ci ildə 24,3 ton, 2018-ci ildə isə 37,5 ton barama istehsal olunub. İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2018-ci illərdə rayon ərazisində 130 min ədəd tut tingi əkilib. Rayon ərazisindəki mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması barama istehsalını artırmağa imkan verir. 2019-cu ildə daha çox rayon sakininin bu gəlirli sahə ilə məşğul olacağını nəzərə alaraq, 40 tondan artıq barama istehsalı proqnozlaşdırılır.

Kənd təsərrüfatı 2019-01-14 15:04:00