×
A
A
A
Sazlamalar

Mərdəkan Mədəniyyət Sarayında “Alovlu Qafqaz” festivalı təşkil olunub

Bakı, 14 yanvar, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mərdəkan Mədəniyyət Sarayında “Alovlu Qafqaz” Uşaq - Gənclərin Folklor Rəqs və Yaradıcılıq festivalı keçirilib.
Baş idarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə Gürcüstanın “Aisi” rəqs kollektivinin “Acauli”, “İspan” rəqsləri, Azərbaycanı təmsil edən Mərdəkan Mədəniyyət Sarayında fəaliyyət göstərən “Lalələr” rəqs kollektivi “Qar dənəcikləri”, “Durnalar”, Nizami adına Mədəniyyət Mərkəzinin “Məkan” rəqs kollektivi “Dostluq”, “Dərbəndi” rəqsləri, Şüvəlan qəsəbə mədəniyyət evinin “Naxçıvani” rəqs kollektivlərinin rəngarəng çıxışları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Mədəniyyət 2019-01-14 14:18:00