×
A
A
A
Sazlamalar

Yeniyetmə samboçular arasında Bakı birinciliyinin qalibləri müəyyənləşib

Bakı, 14 yanvar, AZƏRTAC

Abşeron Olimpiya İdman Kompleksində keçirilən 2001-2002-ci illər təvəllüdlü samboçular arasında Bakı birinciliyinin qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, yeniyetmə samboçulardan Kənan Zeynallı (48 kq), Sahib Babayev (52 kq), Elvin Əliyev (58 kq), Kənan Rüstəmli (60 kq), İlkin Şəkiyev (65 kq), Təbriz Səyyadov (70 kq), Ağalı Məmmədov (75 kq), Cahangir Məmmədov (81 kq), Kənan İsgəndərli (87 kq), Orxan Məcidli (+87 kq) yüksək nəticə göstərərək fəxri kürsünün ilk pilləsində qərarlaşıblar.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən birincilikdə 10 çəki dərəcəsində 137 idmançı qüvvəsini sınayıb.
Turnirdə fərqlənənlər Baş İdarə tərəfindən mükafatlandırılıb.

İdman 2019-01-14 13:52:00