×
A
A
A
Sazlamalar

Esteban Okon 2020-ci ildə Formula 1-dən tamamilə gedə bilər

Bakı, 14 yanvar, AZƏRTAC 

“Force India”nın sabiq pilotu, hazırda “Mercedes”in ehtiyat yürüşçüsü Esteban Okon çıxışları arasındakı məcburi fasilələrlə bağlı məyus olduğunu etiraf edib. Fransalının sözlərinə görə, əgər 2020-ci ildə ona Formula 1-də yer olmasa, pilot digər seriyalarda çıxış etməyi sınayacaq.
AZƏRTAC xəbər verir ki, S.Okon deyib: “Mən günlərin biri dünya çempionu olmaq istəyirəm. Bu, mənim məqsədim və arzumdur. Əlbəttə, 2019-cu il çempionatında iştirak etməməyimdə yaxşı heç nə yoxdur. Lakin mən əvvəlki kimi yenə də diqqətimi Formula 1-də cəmləşdirmişəm və düşünürəm ki, bu, düzgün seçimdir. Əgər 2020-ci ildə əsas pilot yeri tapa bilməsəm, hansısa digər yerə keçə bilərəm, çünki mənə trasda işləməyi davam etdirmək lazımdır.
2019-cu ilin planlarına gəldikdə, mən hər mərhələdə iştirak edəcəyəm. Mənim bir və ya iki mərhələyə qayıda biləcəyim təqdirdə bütün baş verənlər barədə məlumatım olmalıdır. Heç vaxt bilmək olmaz ki, gələcək nə hazırlayır”.

İdman 2019-01-14 13:24:00