Həndbol üzrə Azərbaycan millisi Malta yığmasına qalib gəlib
Bakı, 14 yanvar, AZƏRTAC
Kişi həndbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının ilkin təsnifat mərhələsində iştirakını başa vurub.
AZƏRTAC xəbər verir ki, yığmamız Maltanın Kospikua şəhərinin “Kottonera Sports Kompleks” Arenasında Kipr millisinə 17:25, Gürcüstana isə 25:30 hesabı ilə məğlub olub. Sonuncu oyunda Malta ilə qarşılaşan həndbolçularımız 27:24 hesabı ilə qalib gəliblər.
Hesabında 2 xal olan Azərbaycan millisi növbəti mərhələyə vəsiqə qazana bilməyib.
Qeyd edək ki, 2022-ci ildə Macarıstan və Slovakiyanın birgə ev sahibliyi edəcəyi Avropa çempionatının növbəti təsnifat mərhələsinə Kipr millisi qrup lideri kimi adlayıb.
Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib
Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub