×
A
A
A
Sazlamalar

AMEA Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasında “Qanlı 20 Yanvar” sərgisi açılıb

Naxçıvan, 14 yanvar, AZƏRTAC

AMEA Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasında 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunan sərgi açılıb.
Akademiyanın Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, “Qanlı 20 Yanvar” başlığı altında təşkil edilən sərgidə “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir”, “Azərbaycan tarixi”, “Naxçıvan 20 Yanvar ərəfəsində”, “Şahbuzlu şəhidlər”, “Sədərək harayı”, “Qələbəyə gedən yol”, “Ermənilər və həqiqətlər”, “Qara Yanvar, Bakı-1990”, “Şənbə gecəsinə gedən yol”, “Ülviləşən Ülvim”, “Analar anar ağlar” və digər bu qəbildən olan kitablar nümayiş olunur.
Sərgi yanvar ayının sonunadək davam edəcək.

Regionlar 2019-01-14 12:22:00