×
A
A
A
Sazlamalar

Ordubad Rayon Xalq Teatrının yeni tamaşası maraqla qarşılanıb

Ordubad, 14 yanvar, AZƏRTAC
Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrı görkəmli yazıçı və dramaturq Sabit Rəhmanın “Yalan” komediyasını Ordubad Rayon Mədəniyyət Sarayında rayon ictimaiyyətinə təqdim edib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, xalq teatrının yeni tamaşasının rejissoru Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət içisi Günəş Ağayeva, quruluşçu rejissoru Nadir Məhərrəmov, rəssamı Hikmət Əliyev, musiqi tərtibatçısı Qasım Rəsulovdur.
Dramaturq əsərdə yalanın mahiyyətini ayrı-ayrı simvolik-realistik obrazlarla açır. Müəllif yalan dünyasını mücərrəd deyil, istehsalat prosesində, insanların fəaliyyətində və münasibətlərində ortaya çıxan real varlıq şəklində səhnəyə gətirir. On beşədək personaj və obrazın iştirak etdiyi tamaşa maraqlı gülüşdoğuran vəziyyət və dialoqlarla zəngindir.
Ordubad Rayon Xalq Teatrının yeni tamaşası rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.
Tamaşadan sonra Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova və Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov kollektivi təbrik edib və uğurlar arzulayıblar.

Regionlar 2019-01-14 12:20:00