×
A
A
A
Sazlamalar

Bank hesabından oğurluq edən şəxs saxlanılıb

Bakı, 14 yanvar, AZƏRTAC

Bank hesabından oğurluq edən şəxs polis əməkdaşlarının operativliyi sayəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinə müraciət edən Bakı şəhər sakini olan qadın yanvarın 3-də bank hesabından 5405 manatının çıxarılaraq oğurlandığını bildirib.
Məlumatla əlaqədar dərhal müvafiq tədbirlərə başlanılıb və bu cinayət əməlini törədən şəxs qısa müddətdə müəyyən edilib. Oğurluğu törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini Ramil Rüstəmov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-01-14 11:48:00