×
A
A
A
Sazlamalar

“Tata Steel Masters-2019”da üçüncü turun oyunları keçiriləcək

Bakı, 14 yanvar, AZƏRTAC 

Yanvarın 14-də Hollandiyanın Veyk-an-Zee şəhərində şahmat üzrə ənənəvi “Tata Steel Masters-2019” turnirinin üçüncü turunun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, növbəti turda şahmatçılarımız Şəhriyar Məmmədyarov hollandiyalı Aniş Giri, Teymur Rəcəbov isə macarıstanlı Riçard Rapport ilə qarşılaşacaqlar. Turun digər görüşlərində Maqnus Karlsen (Norveç) Santoş Vidit (Hindistan), Yorden van Forest (Hollandiya) Liren Dinq (Çin), Vladimir Fedoseyev (Rusiya) Yan Kşiştof Duda (Polşa), Samuel Şankland (ABŞ) Vişvanatan Anand (Hindistan), Yan Nepomnyaşi (Rusiya) Vladimir Kramnik (Rusiya) ilə üz-üzə gələcəklər.
Turnirdə iki turun yekununda hər iki şahmatçımızın aktivində bir xal var. Turnir cədvəlində Vişvanatan Anand və Yan Nepomnyaşi 1,5 xalla liderlik edirlər.

 

İdman 2019-01-14 10:45:00