×
A
A
A
Sazlamalar

Sabunçu rayonunun Nardaran qəsəbəsindən odlu silah-sursat aşkarlanaraq götürülüb VİDEO

Bakı, 14 yanvar, AZƏRTAC

Daxili işlər orqanları əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsinə əvvəllər dəfələrlə məhkum edilmiş, Nardaran qəsəbə sakini Həbib Qasımovda odlu silah olması barədə əməliyyat məlumatı daxil olub. Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxs saxlanılıb. Onu yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı, torpağa basdırılmış “Makarov” markalı tapança, 7 patron və 1 sandıqça aşkarlanaraq götürülüb. H.Qasımov həmin silah-sursatın ona məxsus olduğunu etiraf edərək tapançanı 10 il əvvəl dəniz kənarından tapdığını və həmin vaxtdan torpağa basdıraraq gizlətdiyini bildirib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

 

Hadisə 2019-01-14 10:37:00

Video