×
A
A
A
Sazlamalar

İranlı alimlər Biofizika İnstitutunda məruzə ilə çıxış ediblər

Bakı, 14 yanvar, AZƏRTAC
İran İslam Respublikasının Ərdəbil Universitetinin tibb fakültəsinin alimləri Ruhullah Muradpur və Məhşid Damanda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biofizika İnstitutunda keçirilən seminarda məruzə ilə çıxış ediblər.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə institutun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov məruzəçilər və tədbirdə müzakirə olunacaq məsələlər barədə məlumat verib.
Sonra iranlı alimlərin məruzələri dinlənilib. Məruzələrdə Mir-143 və doksirubisinin süd vəzi və osteosarkoma xərçənglərində müalicəvi rolundan bəhs olunub.
Seminarda, həmçinin Biofizika İnstitutu, Xəzər Universiteti və Ərdəbil Universiteti arasında gələcəkdə elmi əməkdaşlıq əlaqələrinin yaradılmasına dair müzakirələr aparılıb.

Elm və təhsil 2019-01-14 10:27:00