×
A
A
A
Sazlamalar

“Gənc mütaliəçilər klubu” layihəsinin təlimləri başa çatıb

Bakı, 14 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə ötən ildə 11-ci qrant müsabiqəsi üzrə qalib olmuş “Gənc mütaliəçilər klubu” layihəsinin təlimləri başa çatıb.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Biləsuvar rayon Gənclər evində keçirilən tədbirdə layihə rəhbəri Firuzə Xammədova çıxış edərək layihə haqqında Azərbaycan dili və ədəbiyyat müəllimlərinə geniş məlumat verib. O, məktəblərdə şagirdlərin oxu bacarıqlarının artırılması istiqamətində ciddi addıma çevrilən “Gənc mütaliəçilər klubu” layihəsinin əhəmiyyətini bir daha vurğulayıb.
Təlimlərdə layihə rəhbəri Firuzə Xammədova, təlimçi Bəhruz Nəbili, ekspert Rauf Nuri, Aqil Bəşirov və Biləsuvar Rayon Təhsil Şöbəsinin əməkdaşı Elşən Ağazadə, rayonun ümumtəhsil məktəblərinin Azərbaycan dili və ədəbiyyat müəllimləri, kitabxana müdirləri və digər qonaqlar iştirak ediblər.
Təlimçi Bəhruz Nəbili təlim haqqında ətraflı məlumat verərək layihənin istiqaməti və oxu bacarıqlarının yüksək təşkili metodikası haqqında iştirakçılara məlumat verib.
Sonda layihənin məktəblərdə aparılacağı və davamlı olacağı bildirilib.

 

Cəmiyyət 2019-01-14 08:11:00