×
A
A
A
Sazlamalar

“Sumqayıt” futbol klubu Antalyada təlim-məşq toplanışına start verib

Sumqayıt, 14 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC

"Sumqayıt” futbol klubu yanvarın 13-dən etibarən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına start verib.
Klubun mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, Ayxan Abbasovun rəhbərlik etdiyi komanda axşam saatlarında qonşu ölkədə ilk məşqinə çıxıb. Məşqə yüngül qaçışla start verən komanda, hazırlıq zamanı qısa ötürmələr və müxtəlif tapşırıqlar üzərində çalışıb.

İdman 2019-01-14 05:26:00