×
A
A
A
Sazlamalar

Bu il ən azı daha 80 min hektar su ilə təmin olunacaq

Bakı, 13 yanvar, AZƏRTAC

Keçən il biz meliorativ tədbirlər görməklə 100 min hektar torpağa su verilməsini təmin etdik. Onlardan 60 min hektara su verilirdi, ancaq çox zəif verilirdi. Yəni, keçən il o torpaqlara suyun verilməsi yaxşılaşdırıldı, 40 min hektara isə heç vaxt su verilmirdi, bu da əkin dövriyyəsinə cəlb edilmiş suvarılan yeni torpaqlar olacaqdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Dövlətimizin başçısı bildirib ki, həm 2017-ci ildə 100 min hektara, həm də keçən il 100 min hektara suyun verilməsi kənd təsərrüfatına çox böyük dəstəkdir: “Bu il artıq verilən təkliflərə görə ən azı 80 min hektara suyun verilməsi nəzərdə tutulur. Bundan əlavə, 300 subartezian quyusu qazılacaq. Biz onu hər il edirik, keçən il də, əvvəlki illərdə də. Üç yüz subartezian quyusunun qazılması kəndlərdə həm içməli suya olan tələbatı ödəyir, həm də ki, kənd təsərrüfatına xidmət göstərir”.

Kənd təsərrüfatı 2019-01-13 23:09:00