×
A
A
A
Sazlamalar

Bu il ən azı yeddi min ailə özünüməşğulluq proqramından faydalanacaq

Bakı, 13 yanvar, AZƏRTAC

Özünüməşğulluq proqramı geniş vüsət alır. Bu il ən azı yeddi min ailə bu proqramdan faydalanacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Ölkə başçısı, həmçinin deyib: “Bu gün onların arasında əlbəttə ki, ünvanlı sosial yardım alanlar da var. Beləliklə, o kateqoriyadan olan insanlar dövlətin dəstəyi ilə artıq özləri pul qazanacaqlar, öz ailə büdcələrini quracaqlar. Özünüməşğulluq proqramının çox böyük sosial və iqtisadi faydası var”.

Sosial 2019-01-13 16:28:00