×
A
A
A
Sazlamalar

Ölkə ərazisində sabaha olan hava proqnozu açıqlanıb

Bakı, 13 yanvar, AZƏRTAC
Ölkə ərazisində yanvarın 14-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 13-dən 14-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər və axşam bəzi yerlərdə duman olacaq, gecə və səhər arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 7-9° isti təşkil edəcək.
Yanvarın 13-ü günün ikinci yarısında Bakıda və Abşeron yarımadasında arabir güclənən cənub-qərb küləyinin 13-ü axşamdan 14-ü səhərədək arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Səhər zəif duman olacaq, qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 5-10° şaxta, dağlıq ərazilərdə 12-14° şaxta, gündüz 6-11° isti təşkil edəcək.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 5-9° isti təşkil edəcək.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusarda havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 5-9° şaxta, gündüz 5-9° isti təşkil edəcək.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti təşkil edəcək.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astarada hava əsasən yağmursuz olacaq, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlarda duman olacaq, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-3° isti, gündüz 8-12° isti, dağlarda gecə 0-3° isti, gündüz 5-10° isti təşkil edəcək.

Ekologiya 2019-01-13 13:27:00