×
A
A
A
Sazlamalar

Qubada qanunsuz ceyran ovlayan şəxs saxlanılıb

Quba, 13 yanvar , Elxan Yusifli, AZƏRTAC 

Qubada qanunsuz ov etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə polis əməkdaşları Tülər kəndi ərazisində ovlanması qadağan olunmuş, meşə fonduna aid bir baş ceyran ovlayan şəxsin Habil Muradov olduğunu müəyyənləşdirib. Saxlanılan H.Muradov Tülər kənd sakinidir.
Faktla bağlı araşdırmalar aparılır.

Regionlar 2019-01-13 12:58:00