Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Qarabağ” komandası təlim-məşq toplanışı çərçivəsində Macarıstanın “Uypeşt” klubu ilə qarşılaşacaq

Bakı, 12 yanvar, AZƏRTAC

Ağdamın “Qarabağ” futbol komandası Antalyada qış təlim-məşq toplanışını davam etdirir.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, komanda toplanış çərçivəsində ikinci yoxlama oyununda Özbəkistanın “Paxtakor” kollektivinin əvəzinə Macarıstanın “Uypeşt” komandası ilə qarşılaşacaq. Buna səbəb Özbəkistan klubunun Antalya toplanışının ləğv olunmasıdır. “Qarabağ” – “Uypeşt” görüşü yanvarın 16-da keçiriləcək.
Qeyd edək ki, bu gün “Qarabağ”ın qış təlim-məşq toplanışı zamanı Rumıniyanın “Botoşani” ilə yoxlama oyunu keçirməsi nəzərdə tutulmuşdu. Antalyada bir neçə gündür davam edən güclü yağışa görə bölgədə digər matçlar kimi bu görüş də ləğv olunub.
Xatırladaq ki, Ağdam təmsilçisi millimizin yarımmüdafiəçisi Riçard Almeydanı və sabiq futbolçusu Reynaldo Silvanı yenidən heyətinə cəlb edib.

İdman 2019-01-12 19:57:00