Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Əhməd Əhmədzadə: “Masters” və rapid turnirlərində yaxşı nəticə göstərdiyimə görə çox sevinirəm

Bakı, 12 yanvar, AZƏRTAC

Fuad Cəfərovun xatirəsinə həsr olunan beynəlxalq şahmat festivalının “Masters” və rapid turnirlərində yaxşı nəticə göstərdiyimə görə çox sevinirəm. Ən əsası reytinq xalımı artırmaqla yanaşı, beynəlxalq usta normasını da yerinə yetirdim.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Fuad Cəfərov memorialının “Masters” yarışlarında ikinci, rapid turnirində isə üçüncü yeri tutan şahmatçı Əhməd Əhmədzadə deyib.
Bundan əvvəl Novxanıda açıq Bakı turnirində çıxışının bir qədər uğurlu alınmadığını vurğulayan gənc şahmatçı Fuad Cəfərov memorialında inamlı çıxışının onu daha böyük uğurlar qazanmaq üçün ruhlandırdığını bildirib. Ə.Əhmədzadə yanvarın 27-də Türkiyədə beynəlxalq turnirdə də iştirak edəcəyini və uğur qazanmağa çalışacağını vurğulayıb.

İdman 2019-01-12 19:37:00